featured-image-19659

Ötən gün vəfat edən braziliyalı keçmiş futbolçu Pelenin dəfn olunacağı tarix açıqlanıb.

Msport.az xarici KİV-ə istinadən xəbər verir ki, dəfn mərasimi 2023-cü il yanvarın 3-də gerçəkləşəcək.

Yanvarın 2-də onun cənazəsi vəfat etdiyi xəstəxanadan “Santos” klubunun stadionuna aparılacaq. Vida tədbiri bir gün davam edəcək. Mərasim ictimaiyyət üçün açıq olacaq. Lakin iştirak etmək istəyənlərin tabuta yaxınlaşması qadağan ediləcək.

Dəfn mərasiminə yalnız Pelenin ailəsi və yaxın dostları qatılacaq. Eyni zamanda, ölkədə üç günlük matəm elan olunub.

1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi futbolçu Beynəlxalq Futbol Federasiyasının versiyasına görə 20-ci əsrin ən yaxşı futbolçusu elan edilib.

Hücumçu Braziliyanın “Santos” (1956-1974-cü illər) və Amerikanın “Nyu-York Kosmos” (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində vurduğu 1279 qolla “Ginnessin rekordlar kitabı”na düşüb.

Bənzər xəbərlər