featured-image-50701

İspaniya millisinin və “Barselona” komandasının futbolçusu Lamin Yamal braziliyalı əfsanəvi hücumçu Pelenin rekordunu yeniləyib.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı vinger bunu Avropa çempionatının yarımfinal mərhələsində Fransanı (2:1) məğlub etdikləri matçda reallaşdırıb. Belə ki, o, turnirin 1/2 final görüşündə meydana çıxan ən gənc oyunçu olub.

Braziliya millisinin sabiq üzvü Peleyə məxsus olan əvvəlki rekord isə 1958-ci ildə qeydə alınıb. Əfsanəvi futbolçu həmin vaxt 17 yaşında dünya çempionatının yarımfinal matçında oynayıb.

Dünənki qarşılaşmada Fransa millisinin qapısına baxımlı qol vuran L.Yamal həm də turnirdə fərqlənən ən gənc oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, İspaniya millisi finalda Niderland-İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Bənzər xəbərlər