featured-image-19442

Dünya futbolunun əfsanəsi Pelenin səhhəti pisləşib. Msport.az xəbər verir ki, bu barədə iş adamı Frenk Xalid sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, braziliyalı futbol kralı artıq ailə üzvləri ilə vidalaşıb: “Xəstəxanada olan Pele ailə üzvləri və dostları ilə vidalaşdı. Dünya futbolunun əfsanəsi yavaş-yavaş xərçənglə mübarizədə uduzur. Ailə üzvləri deyir ki, səhhəti get-gedə daha da pisləşir”.

Üçqat dünya çempionu xeyli vaxtdır ki, xəstəlikdən əziyyət çəkir. O, Milad bayramını hospitalda keçirməli olub. Peledə xərçəng xəstəliyi ötən ilin payızında müəyyən edilib. 82 yaşlı braziliyalı ondan sonra kimyəvi terapiyalardan keçmişdi. Pele noyabrın 29-da vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Bənzər xəbərlər