Peleyə diaqnoz qoyuldu
Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin keçmiş hücumçusu Peledə tənəffüs yolu infeksiyası aşkar edilib. Onun vəziyyəti sabit olaraq qalır.
Msport.az xəbər verir ki, bu barədə San-Pauludakı Albert Eynşteyn xəstəxanasının tibbi rəyinə istinadən “Reuters” məlumat yayıb.
Məlumatda bildirilib ki, Pele müalicəsi üçün bir neçə gün xəstəxanada qalacaq.
Pele çərşənbə günü xəstəxanaya yerləşdirilib.