featured-image-50452

Avropa çempionatlarının final mərhələlərində penaltilər seriyasında qüvvəsini sınayan komandaların siyahısı açıqlanıb.

Msport.az xəbər verir ki, cədvələ Çexiya və Türkiyə başçılıq edir.

Hər iki komanda qələbə sayında 100 faizlik nəticəyə malikdir. Çexiya üç, Türkiyə bir dəfə “lotereya”da qalib olub.

1-2. Çexiya – 100,00 faiz (3 seriya/3 qələbə)
Türkiyə – 100,00 (1/1)
3-4. İspaniya – 66,67 (6/4)
Almaniya – 66,67 (3/2)
5. Portuqaliya – 60 (5/3)
6. İtaliya – 57,14 (7/4)
7-9. Fransa – 50,00 (4/2)
Danimarka – 50,00 (2/1)
Polşa – 50,00 (2/1)
10. İsveçrə – 33,33 (3/1)
11. Niderland – 25,00 (4/1)
12. İngiltərə – 20,00 (5/1)
13-15. İsveç – 0,00 (1/0)
Xorvatiya – 0,00 (1/0)
Sloveniya – 0,00 (1/0)

Bənzər xəbərlər