Penaltini dəqiq yerinə yetirə bilmədi, hamilə olan xanımını təhdid etdilər
“Arsenal”ın hücumçusu Kay Havertsin hamilə olan həyat yoldaşı Sofiya sosial şəbəkələrdə London klubunun fanatlarının təhqirləri və təhdidləri ilə üzləşdiyini bildirib.
Msport.az xəbər verir ki, buna səbəb futbolçunun İngiltərə kubokunun 1\32 final mərhələsində “Mançester Yunayted”lə matçda (1:1, pen-5:3) oyunsonrası penalti zərbəsini yerinə yetirə bilməməsidir.
Sofiya nümunə üçün iki paylaşımı bölüşüb: birində onun gələcək övladını itirməsini arzu ediblər, digərində isə uşağın ölümünü gözlədiklərini bildiriblər.
“Bu məni şoka salır. Ümid edirəm ki, buna görə, həqiqətən də utanırsız. Bilmirəm, nə deyim” – Havertsin xanımı belə yazıb.
Qeyd edək ki, Kay Haverts “Mançester Yunayted”lə görüşdə “Arsenal”ın penaltini dəqiq yerinə yetirə bilməyən yeganə futbolçusu olub.