featured-image-62100

“Əl Nəsr”in futbolçusu Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanı Pro Liqasının XXII turunda səfərdə “Əl-Vəhda”ya 2:0 hesabı ilə qalib gəldikləri oyunda etdiyi hərəkət gündəm olub.

Msport.az xəbər verir ki, 48-ci dəqiqədə baş zərbəsi ilə hesabı açan portuqaliyalı hücumçu ikinci qol zamanı komanda yoldaşı Sadio Maneyə jest edib.

Forvard Kərim Benzema ilə bombardirlik uğrunda gərgin rəqabətə baxmayaraq, penalti zamanı zərbəni özü yerinə yetirmək əvəzinə, topu liqada 9 matçdır qol vurmayan Sadio Maneyə verib.

Seneqallı hücumçunun dəqiq zərbəsindən sonra azarkeşlər həm qolu, həm də Ronaldunun addımını ayaqüstdə alqışlayıblar.

Bənzər xəbərlər