featured-image-31298

“Pendikspor” tarixində ilk dəfə Türkiyə Super Liqasına yüksəlib. Msport.az xəbər verir ki, İstanbulun Pendik rayonunu təmsil edən klub “Bodrumspor” üzərində 2:1 hesabı ilə qələbə qazanaraq bu hüquqa yiyələnib.

Qeyd edək ki, “Pendikspor” bir il əvvəl 2-ci liqada mübarizə aparırdı. Komanda ev oyunlarını 2500 tamaşaçı tutumuna malik “Pendik” stadionunda keçirir.

 

Bənzər xəbərlər