Pepe rekordunu yenilədi
Portuqaliyanın “Portu” klubunun futbolçusu Pepe Çempionlar Liqasında öz rekordunu yeniləyib.
Msport.az xəbər verir ki, təcrübəli müdafiəçi buna qrup mərhələsinin VI turunda “Şaxtyor”la matçda (5:3) fərqlənməklə nail olub.
O, oyunun 75-ci dəqiqəsində fərqlənib. Nəticədə 40 yaş 290 günlüyündə fərqlənən Pepe turnir tarixində qol vurmağı bacaran ən yaşlı futbolçu kimi öz rekordunu yeniləyib.
Bundan əvvəl Pepe 40 yaş 254 günlük ikən 4-cü turda “Antverpen”lə oyunda qol vurmuşdu.
Qeyd edək ki, “Portu” “Şaxtyor” üzərindəki qələbə sayəsində 1/8 finala adlayıb.







