Pepe tarixə düşdü
Portuqaliya millisinin müdafiəçisi Pepe Avropa çempionatları tarixinin ən yaşlı futbolçusu olub.
Msport.az-ın məlumatına görə, o, AVRO-2024-ün qrup mərhələsinin I turunda Çexiyaya qarşı keçirdikləri oyunda meydana çıxmaqla buna sahib çıxıb.
Bundan əvvəl rekord AVRO-2016-da 40 yaşında meydana çıxan macarıstanlı qapıçı Qabor Kiraya məxsus idi.
Pepe üçün hazırkı Avropa çempionatı beşinci (2008, 2012, 2016, 2020, 2024) olub. Bu göstərici üzrə rekord onun Portuqaliya millisindəki komanda yoldaşı Kriştianu Ronalduya (6) məxsusdur.