featured-image-44969

Portuqaliyanın “Porto” klubunun futbolçusu Pepe Çempionlar Liqasında rekorda imza atıb.

Msport.az xəbər verir ki, təcrübəli müdafiəçi 1/8 final mərhələsində “Arsenal”la cavab oyununa çıxmaqla bunu reallaşdırıb.

O, futbolçu turnir tarixində 41 və daha yuxarı yaşda iştirak edən ilk oyunçu olub. Qarşılaşmanı əvəz edilmədən keçirən Pepe Çempionlar Liqasında debütünü 2004-cü ildə edib.

Qeyd edək ki, “Porto” ilə “Arsenal” arasında keçirilən hər iki oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Dünənki görüşün penaltilər seriyasında daha dəqiq oynayan ingilislər 1/4 finala adlayıb.

Bənzər xəbərlər