featured-image-25223

“Mançester Siti” Çempionlar Liqasının 1\8 final mərhələsinin cavab oyununda “Leyptsiq”i darmadağın edib – 7:0. Msport.az xəbər verir ki, bu, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın karyerasında 3-cü belə nəticədir.

İspaniyalı mütəxəssis ilk dəfə “Bayern”da işləyərkən 7:0 hesablı qələbə qazanıb. ÇL-in 2014\2015-ci illər mövsümünün 1\8 finalının cavab oyununda Münhen klubunun  qurbanı “Şaxtyor” olmuşdu.

İkinci belə qalibiyyət Pepin İngiltərədə işlədiyi dövrə təsadüf edib. ÇL-in 2018-2019-ci illər mövsümünün 1\8 final qarşılaşmasında “Siti” “Şalke” üzərində 7:0 hesablı qələbə qazanmışdı. Həmin vaxt İngiltərə klubu birinci oyunda da 3:2 hesabı ilə rəqibindən üstün olmuşdu.

Cavab matçında qolları Serxio Aquero (dubl), Leroy Sane, Rahim Sterlinq, Bernardu Silva, Fil Foden və Qabriel Jezus vurmuşdular.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər