featured-image-29362

“Real”ın prezidenti Florentino Peres baş məşqçi Karlo Ançelottinin gələcəyi barədə danışıb. Msport.az xəbər verir ki, Madrid klubu İspaniya kubokunu qazandıqdan sonra Peresə italiyalı mütəxəssis haqqında sual verilib.

2024-cü ilin yayına kimi “kral klubu” ilə müqaviləsi olan Ançelotti Braziliya millisini çalışdırmağa əsas namizəd hesab olunur.

“Bu barədə bir daha heç nə eşitmək istəmirəm. Onun müqaviləsi var. Biz hamımız xoşbəxtik.

Mən çox şadam, çünki hər qələbə bunun üçün əsas verir. “Real”ın qazandığı bütün titullar gərgin əmək və böyük qurbanlar hesabına əldə olunur”.

Xatırladaq ki, Ançelotti 2021-ci ilin iyunundan “Real”a rəhbərlik edir. O, Madrid təmsilçisində 475 günə 6 titul qazanıb.

ANAR 

 

Bənzər xəbərlər