Peres Mourinyonu istəyir
Dünya futbolunun tanınmış mütəxəssislərindən olan Joze Mourinyonun yenidən İspaniyaya qayıtması gündəmdədir.
Msport.az xəbər verir ki, portuqaliyalı baş məşqçinin “Real”a qayıtmaq ehtimalı klub daxilində ciddi şəkildə müzakirə olunur.
Prezident Florentino Peres Alvaro Arbeloanın gələcəyi ilə bağlı yaranan şübhələrdən sonra təcrübəli mütəxəssisin namizədliyini nəzərdən keçirir.
Mourinyonun özü də Madridə qayıtmağa müsbət yanaşır və hətta komandadan ayrılmasını asanlaşdıracaq müəyyən şərtlərə malikdir. Onun təcrübəsi, güclü xarakteri və “kral Klubu”ndakı keçmiş uğurları yeni eranın rəhbəri kimi görülməsində əsas amillər hesab olunur.







