Perişiç Niderland klubuna keçə bilər
Almaniyanın “Bavariya” və İtaliyanın “İnter” klubunun sabiq futbolçusu İvan Perişiç karyerasını Niderlandda davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
PSV hazırda agent olan yarımmüdafiəçi ilə maraqlanır. Klub “Hayduk”dan ayrılan oyunçu ilə danışıqlar aparır.
Tərəflərin əməkdaşlığın təfərrüatları barədə razılığa nə dərəcədə yaxın olduqları hələlik məlum deyil.
Perişiç daha əvvəl “Bavariya” ilə yanaşı , “Milan” və “Tottenhem” klublarında da çıxış edib.