featured-image-416

“Çelsi”nin texniki direktoru Petr Çex etiraf edib ki, klub ciddi problemlərlə üzləşib. Hətta komandanın bu mövsümü başa vurması sual altındadır.

Msport.az xəbər verir ki, klubun hesablarına blok qoyulduğundan müqavilələrin uzadılması, çarter reyslərinin xərclərinin ödənilməsi və otellərə olan ödənişlərlə bağlı çətinliklər yaranıb.

“Klubda vəziyyət ağırdır. Bizim suallarımız çox, amma cavablarımız azdır. İndi yalnız əsas komandaya nəzarət edə bilərik. Klubu bütünlükdə qoruyub saxlamaq istərdik. Ümid edirəm ki, mövsümü başa vura biləcəyik”.

Bənzər xəbərlər