featured-image-25144

“Barselona” və İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike keçmiş həyat yoldaşı Şakira ilə münasibətlərindən danışıb.

Msport.az xəbər verir ki, o məşhur müğənninin son mahnısına da münasibət bildirib:

“Onun mahnıları haqqında danışmaq istəmirəm. Bütün insanlarlar atdıqları addımlar barədə məsuliyyət daşıyırlar. Xüsusən də bizim kimi valideynlər. Hər kəs öz uşaqlarını qorumaq istəyir. Bu haqda danışmaq istəmirəm. Yeganə arzuladığım odur ki, uşaqlar sağlam olsun”.

Xatırladaq ki, ayrılıqdan sonra Şakira Pikeyə mesaj göndərən iki mahnı yazdırıb. O, etiraf edib ki, bu mahnılar bir çox qadınların himninə çevrilib.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər