Pikenin telefonunda hansı məşhur şəxsin nömrəsi var? - VİDEO
“Barselona” və İspaniya millisinin sabiq futbolçusu Jerar Pikedən telefon kontaklarında olan ən məşhur adamın adını soruşublar.
Msport.az xəbər verir ki, veteran futbolçu nə Lionel Messinin, nə də Kriştiano Ronaldonun adını çəkib:
“Məndə nömrəsi olan ən tanınmış adam kimdir? Şakiranın adını çəkərdim. O mənim xanımım olub. Yəqin ki, kontaktımda olan ən tanınmış şəxs məhz odur”.
Qeyd edək ki, Pike ilə Şakira ötən ilin iyununda ayrıldıqlarını açıqlamışdılar. Bu yaxınlarda isə hər ikisi ictimaiyyət qarşısında, eləcə də sosial mediada bir-birlərinə söz atmağa başladılar.
ANAR ABDULLAYEV







