featured-image-29942

“Milan”ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda istefaya göndəriləcək. Msport.az xəbər verir ki, bu iddianı “Sport İtalia” irəli sürüb.

Nəşrin yazdığına görə, onu əvəzləyəcək mütəxəssis də artıq bəllidir.

Klubun sahibi Cerri Kardinale Piolinin fəaliyyətindən narazıdır. 57 yaşlı mütəxəssis ötən mövsüm komandanı çempionluğa daşısa da, “Milan” indi 5-ci yeri tutur. Çempionatın başa çatmasına isə 3 tur qalır.

Mənbənin sözlərinə görə, Piolini “Tottenhem”dən göndərilmiş Antonio Konte əvəz edəcək. Konte İtaliyada “Yuventus” və “İnter”i çalışdırıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər