featured-image-29884

“Milan” Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilməsə, klubda kardinal dəyişiklər ola bilər. Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, qarşıdakı 4-5 oyun baş məşqçi Stefano Pioli və texniki direktor Paolo Maldini üçün həlledici olacaq.

Əgər komanda ÇL-in yarımfinalında “İnter”ə uduzub mübarizəni dayandısa (ilk oyun 0:2) və A seriyasında Top-4-ə düşməsə, hər ikisi istefaya göndərilə bilər.

2022-ci ilin iyununda Pioli və Maldini ilə müqavilə uzadıldı. Lakin sponsorlar ötən yay kluba cəlb olunan futbolçuların özlərini göstərə bilməməsindən narazıdırlar.

İtaliya A seriyasının 35-ci turunda “Spetsiya”ya 0:2 hesablı məğlubiyyətdən sonra rəhbərlik Pioli ilə bağlı tərəddüd edir. Onların fikrincə baş məşqçi futbolçuların potensialından yaxşı istifadə edə bilmir.

Qeyd edək ki, “Milan” son 5 oyunda cəmi 1 qələbə qazanıb.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər