featured-image-54672

UEFA-nın sabiq prezidenti Mişel Platini oyun qaydalarında köklü dəyişiklik etməyi təklif edib.

Msport.az xarici mediaya istinadən xəbər verir ki, o, hər komandanın meydana 10 nəfərlik heyətlə çıxmasının daha məntiqli olduğunu bildirib.

“Ötən əsrdə də komandalar 11 nəfərlə mübarizə aparırdılar. Amma həmin futbolçular meydanda indikindən daha az və yavaş qaçırdılar, fiziki cəhətdən nisbətən zəif idilər. Hazırkı dövrdə isə düşünürəm ki, futbolçuların sayını azaltmaq yaxşı fikir ola bilər. Bu, meydanda sıxlığı aradan qaldıracaq”, – UEFA-nın keçmiş rəhbəri deyib.

Qeyd edək ki, mövcud futbol qaydalarına əsasən, bir komanda üçün meydanda maksimum oyunçu sayı qapıçı da daxil olmaqla 11-dir.

Bənzər xəbərlər