Pley-offda ilk qələbə
İsveçrə yığması Avropa çempionatları pley-offunda ilk dəfə qələbə qazanıb.
Msport.az xəbər verir ki, komanda 1/8 finalda İtaliyanı 2:0 hesabı ilə məğlub edib.
İsveçrəlilər tarixində ikinci dəfə pley-offda uğur qazanıb. İsveçrə millisi AVRO-2020-nin 1/8 finalında Fransanı penalti seriyasında məğlub edib (3:3, pen. 5:4).
“Saatlar ölkəsi” təmsilçiləri 1993-cü ildən sonra ilk dəfə İtaliya komandasına qalib gəlib. İsveçrə 11 oyundan sonra bu uğura nail olub.