Pley-offun ən yaşlı futbolçusu
“Portu”nun futbolçusu Pepe UEFA Çempionlar Liqasının (ÇL) pley-off matçlarında iştirak edən ən yaşlı oyunçu olub.
Msport.az xəbər verir ki, təcrübəli müdafiəçi buna “Arsenal”a 1:0 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin ilk matçında iştirak etməklə nail olub.
Rekord qeydə alınarkən portuqaliyalı futbolçu 40 yaş 360 günündə olub.
Bundan əlavə, “Barselona”nın cinah oyunçusu Lamin Yamal ÇL-in pley-off mərhələsinin ən gənc debütantı adına sahib çıxıb. O, İtaliyada “Napoli” ilə heç-heçə etdikləri (1:1) dueldə 16 yaş 223 günündə idi.







