featured-image-47977

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Maurisio Poçettino karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, “Milan” 52 yaşlı mütəxəssislə maraqlanır.

“Rossoneri” argentinalını namizədlər siyahısına daxil edib və istefa verəcəyi təqdirdə onu Milana dəvət etmək niyyətindədir.

Qeyd edək ki, Poçettino ötən ilin yayından London klubunda işləyir. Komanda 37 oyundan sonra Premyer Liqada 57 xalla yeddinci sıradadır.

Bənzər xəbərlər