featured-image-62951

Futbol üzrə ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino “Tottenhem”ə qayıtmaq istəyir.

Msport.az xəbər verir ki, argentinalı mütəxəssis London klubu üçün darıxdığını etiraf edib:

“Klubdan ayrıldıqdan sonra “Tottenhem”ə qayıtmaq istədiyimi dediyim müsahibəni tez-tez xatırlayıram. Bu, həqiqətən də doğrudur. İndi mən ABŞ-dayam və sözlərimi təkzib etmək fikrində deyiləm. Beş-altı il keçib, amma mən bunu hələ də ürəyimdə hiss edirəm… Ona görə də bəli, mən bir gün ora qayıtmaq istərdim”.

Poçettino 2014-2019-cu illərdə “Tottenhem”ə rəhbərlik edib.

Bənzər xəbərlər