Poçettino, yoxsa Naqelsmann? - "Çelsi"nin yeni baş məşqçisi kim olacaq?
Qrem Potterin istefasından sonra müxtəlif mütəxəssislərin adları “Çelsi” ilə yanaşı hallanır. Msport.az xəbər verir ki, insayder Miqel Dileyni Mourisio Poçettinonun namizədlərdən biri olduğunu yazıb.
London klubu “Brayton”un baş məşqçisi Roberto de Dzerbinin də nəzərdən keçirir.
Poçettinonun son iş yeri 2022-ci ilin iyununda tərk etdiyi PSJ olub.
Bu yaxınlarda “Bayern Münhen”dən istefaya göndərilmiş Yulian Naqelsmann da əsas namizədlərdən biri sayılır.
ANAR ABDULLAYEV







