featured-image-24096

Uzun müddətdir zədədən əziyyət çəkən “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba nəhayət ki, sıraya dönüb.

Msport.az xəbər verir ki, fransalı yarımmüdafiəçi A Seriyasının 24-cü turu çərçivəsində ötən gecə baş tutan “Torino” ilə matçın iştirakçısı olub.

O, 4:2 hesabıyla qalib gəldikləri bu matçın 68-ci dəqiqəsində meydana daxil olub. Beləliklə, Poqba 315 günlük fasilədə sonra oyuna çıxıb.

Xatırladaq ki, Poqba sonuncu dəfə 2022-ci ilin aprel ayında – “Mançester Yunayted”də çıxış edərkən “Liverpul”la görüşdə meydana çıxmışdı. Yayda azad agent kimi Turin klubuna keçən futbolçu müxtəlif zədələrə görə indiyədək heç bir oyunda iştirak etməmişdi.

Bənzər xəbərlər