featured-image-66691

“Monako” Pol Poqbanın transferini açıqlayıb. Msport.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.

Fransalı futbolçu əvvələr “Manester Yunayted” və “Yuventus”da çıxış edib.

O, Fransa millisinin heyətində DÇ-2018-in qalibi olub.

Poqba dopinqdən istifadəyə görə, 4 illik diskvalifikasiya olunsa da, sonradan cəza 18 aya endirilmişdi. Yarımmüdafiəçinin cəzası martda başa çatmışdı.

 

Bənzər xəbərlər