featured-image-67473

İngiltərə millisinin heyətində 1996-cı il futbol üzrə Avropa çempionatının bürünc mükafatçısı Pol Qaskoyn evində huşsuz vəziyyətdə aşkarlanaraq xəstəxanaya yerləşdirilib.

Msport.az xəbər verir ki, Qaskoyn əvvəlcə reanimasiyaya yerləşdirilsə də, hazırda vəziyyəti sabit qiymətləndirilir. Sabiq futbolçunun bir neçə gün xəstəxanada qalacağı gözlənilir.

58 yaşlı Qaskoyn İngiltərə millisində 57 oyun keçirib, 10 qol vurub. O, “Nyukasl”, “Tottenhem”, “Midlsbro”, “Everton”, “Börnli”, “Boston Yunayted”, “Latsio”, “Reyncers” və “Qansu Tianma”da çıxış edib. Sabiq yarımmüdafiəçi İngiltərə Kubokunun qalibi, ikiqat Şotlandiya çempionu və Şotlandiya Kubokunun qalibidir.

Bənzər xəbərlər