featured-image-28638

Polislər “Krasnodar”ın futbolçusu Kadi Borgesin “Spartak”la oyunda ağır zədə alması ilə bağlı araşdırmalara başlayıb.

Msport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

İnformasiyanı şərh edən Moskva klubunun mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov bildirib ki, bu cür zədə ilə xəstə qəbul edildikdə həkimlərin polisə məlumat verməsi standart prosedurdur: “Polisdən heç kim klubla əlaqə saxlamayıb”.

Qeyd edək ki, Kadi Borxes “Spartak”la oyunun (3:4) ikinci hissəsinin əvvəlində rəqib futbolçu Georqi Cikiya ilə toqquşub. Huşunu itirən Kadinin dilini “Spartak”ın müdafiəçisi çıxarıb. “Qarabağ”ın sabiq futbolçusu 51-ci dəqiqədə xərəkdə meydanı tərk edib.

Bənzər xəbərlər