featured-image-25276

Polşa Futbol İttifaqı (PZPN) Rusiyanın “Krasnodar” klubunda çıxış edən Kadi Borges Malinovskinin milliləşdirilməsi ilə bağlı prosesi dayandırıb.

Msport.az-ın məlumatına görə, bu barədə braziliyalı yarımmüdafiəçinin agenti Helsio Roberto Alisk “Match TV”yə müsahibəsində deyib.

O, prosesin hansı səbəbdən davam etdirilməməsinin səbəbini açıqlamayıb.

İddiaya görə, PZPN 27 yaşlı oyunçu Rusiya klubuna keçdiyi üçün onu yığmaya cəlb etmək fikrindən daşınıb.

Qeyd edək ki, Kadi Borges “Krasnodar”a qış fasiləsində “Qarabağ”dan keçib.

Bənzər xəbərlər