featured-image-21225

Portuqaliya milli komandasının sabiq baş məşqçisi Fernandu Santuş Polşa yığmasını çalışdıracaq.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

68 yaşlı mütəxəssislə 2026-cı ilin iyununa kimi müqavilə imzalanacaq. Artıq anlaşma ilə bağlı son detallar müzakirə olunur, yaxın günlərdə müqavilə rəsmiləşəcək.

Xatırladaq ki, Santuş 2014-2022-ci illərdə Portuqaliya yığmasını çalışırıb. O, Portuqaliya seçməsinə Avropa çempionluğunu  (2016) və Millətlər Liqasını (2018\2019) qazandırıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər