featured-image-30095

Polşada yerli “Rakuv” klubunun Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la düşməsindən ehtiyat edirlər.

Msport.az xəbər verir ki, “Rakuv” bu il ilk dəfə yerli liqanı 1-ci sırada bitirib.

“TVP Sport”  saytı “Rakuv”un potensial rəqiblərini dəyərləndirərkən səpələnmişlər arasında olan yüksək reytinqli klublarla qarşılaşmamağı  arzulayıb:

“Birinci mərhələdə ən güclü güclü komanda “Ferentsvaroş”dur –  əmsalı 27.000,  Yüksək əmsala malik olan klublar arasında “Qarabağ” (25.000) və  “Slovan Bratislava” (24.500) da var. Moldovadan  (“Şerif” və ya “Petrokub”), Bolqarıstandan (“Ludoqorets” və ya “ÇSKA) rəqiblər hələ məlum deyil.

Əgər “Rakuv”un bəxti gətirsə, daha az reytinqə malik olan komanda ilə düşə bilər”.

Bənzər xəbərlər