featured-image-21468

İtaliyanın “Spetsiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, A Seriyası təmsilçisi “Venetsiya”nın müdafiəçisi Pşemislav Vişnevskini transfer edib.

Polşadan olan 24 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. “Spetsiya” bu transferə görə “Venetsiya”ya 3 milyon avro ödəyib.

Vişnevski Polşanın “Qurnik” klubunun yetirməsidir. O, ötən ilin yayında keçdiyi “Venetsiya”da 20 oyuna çıxıb.

“Spetsiya” öz mərkəz müdafiəçisi Petko Hristov ilə hücumçusu Samuel Mrazı isə icarəyə verib. Hristov məhz “Venetsiya”ya keçib. Mraz isə Yunanıstanın “Anortosis” klubuna icarəyə göndərilib. Hər iki futbolçunun bu mövsümün sonuna qədər icarədə olacağı açıqlanıb.

Vişnevskini “Spetsiya”ya satan “Venetsiya”, yarımmüdafiəçisi Domen Çrniqoyu da A Seriyasının digər təmsilçisi “Salernitana”ya icarəyə verib. Sloveniyadan olan 27 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Salernitana” yarım mövsümlük icarə üçün “Venetsiya”ya 350 min avro ödəyib. Futbolçunun transfer hüquqlarının alınması üçün isə əlavə 1.5 milyon avro ödəniş etmək lazım gələcək. Çrniqoy 2020-ci ilin yayından “Venetsiya”da çıxış edirdi. O, bu komandanın heyətində 92 oyuna çıxıb, 10 qol vurub. Çrniqoy Sloveniya milli komandasında da 26 oyun 3 qol vurub.

Bənzər xəbərlər