featured-image-62488

“Barselona”nın qapıçısı Voytsex Şesni Kataloniya klubundakı gələcəyi haqda danışıb.

Msport.az xəbər verir ki, polşalı qolkiper hələlik yeni müqavilə barədə düşünmədiyini bildirib:

“Bütün diqqətimi matçlara yönəltmişəm, “Barselona”da özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm. Vaxtı çatanda nə olacağını görəcəyik”.

Şesni 2024-cü ilin yayında futbolla vidalaşsa da, Mark-Andre ter Ştegenin zədələnməsindən sonra “Barselona”dan təklif alıb və karyerasını bərpa edib. Onun kataloniyalılarla müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Şesni bu mövsüm “Barselona”nın heyətində 14 oyun keçirib, 13 qol buraxıb və 8 qapısını təmiz saxlayıb.

Bənzər xəbərlər