featured-image-71260

Məşhur futbolçu Pol Poqba sabah “Monako”nun heyətində Fransa çempionatında “Paris”ə qarşı oynaya bilər.

Msport.az xəbər verir ki, bu barədə “Monako”nun baş məşqçisi Sebastyen Pokonynoli açıqlama verib.

Onun sözlərinə görə, Polun yenidən heyətə qayıtmaq şansı var: “Qarşıda bir ağır məşqimiz var və o, hazırlıqlardan problemsiz keçsə, hər şey plan üzrə davam edəcək”.

Qeyd edək ki, Poqba bu yay “Yuventus”dan ayrıldıqdan sonra azad agent kimi “Monako”ya keçib. Futbolçu əvvəllər antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunmuş və 2023-cü ilin sentyabrından bəri meydana çıxmayıb.

Bənzər xəbərlər