featured-image-63706

“Dörd illik qadağa alsaydım, futbol oynamağı dayandırardım”.

Msport.az xəbər verir ki, bunu Fransa millisinin sabiq futbolçusu Pol Poqba deyib.

Qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün cəzalandırılan yarımmüdafiəçi bu barədə danışıb. Cəzası martın 11-də başa çatan 32 yaşlı oyunçu bunu hələ də qəbul edə bilmir: “Topu götürüb küçədə öz-özümə futbol oynayırdım. Əlimdə olanlarla kifayətləndim. Amma Turində qalmaq istəmirdim. Səhər uşaqları məktəbə aparırdım. Məktəb məşq meydançasının yanında idi. Ona baxmaq məni incidirdi. Mənə niyə əvvəlcə 4 illik cəza verdilər, başa düşmədim. Real həyatın necə olduğunu gördüm. Birdən-birə 10 yaş böyüdüm”.

Qeyd edək ki, ötən ilin fevralında Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Oktyabrda isə fransalının diskvalifikasiya müddəti 18 aya endirilmişdi.

Bənzər xəbərlər