featured-image-24771

“Yuventus”un futbolçusu Pol Poqba məşqə gecikdiyi üçün baş məşqçi Massimiliano Alleqri onu cəzalandırıb.

Msport.az xəbər verir ki, jurnalist Covvani Albaneze bu barədə məlumat yayıb.

Onun sözlərinə görə, Turin klubunun baş məşqçisi bu səbəbdən Poqbanın adını “Frayburq”la Avropa Liqasının oyununun iştirak ərizəsinə salmayıb.

Qeyd edək ki, yarımmüdafiəçi martın 1-də 280 günlük fasilədən sonra ilk dəfə rəsmi oyunda forma geyinmişdi. O, İtaliya A seiyasında “Torino” ilə görüşdə (4:2) şans əldə etmişdi. Poqba “Roma” ilə matçda da (0:1) meydana çıxıb.

Fransa yığmasının üzvü 2022-ci ilin yayında “Mançester Yunayted”dən Turinə qayıdıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər