featured-image-29856

“Yuventus”un futbolçusu Pol Poqba yenidən zədələnib. Msport.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Kremenoze” ilə İtaliya A seriyasının 35-ci turunun oyununda sıradan çıxıb.

Poqba 25-ci dəqiqədə zədələnərək görüşü davam etdirə bilməyib. Onun əvəzinə Arkadiuş Milik meydana daxil olub.

30 yaşlı 2022-ci ilin aprelindən bu yana ilk dəfə start heyətində meydana çıxmışdı. O, zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyib.

ANAR 

Bənzər xəbərlər