featured-image-25202

Pol Poqba “Yuventus”a ötən ay azad agent kimi keçsə də, cəmi 2 matçda meydana çıxıb.

Msport.az xəbər verir ki, fransalı futbolçu müqaviləyə əsasən mövsümə 8 milyon avroya yaxın maaş alır. Poqba Turin klubunun ən yüksək ödənişli futbolçularından biridir.

Turinə qayıtdıqdan sonra 2 matçda meydana çıxan yarımmüdafiəçi üst-üstə 35 dəqiqə forma geyinib.

“La Gazzetta dello Sport” hesablayıb ki, Poqbanın meydanda olduğu 1 dəqiqəsi “Yuventus”a 228 min 571 avroya başa gəlib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər