featured-image-55493

Pol Poqbanın “Yuventus”dakı gələcək taleyinə aydınlıq gəlib. Msport.az xəbər verir ki, fransalı futbolçu böyük ehtimalla Turin klubunu tərk edəcək.

Yarımmüdafiəçinin menecerləri hazırda onun üçün yeni variantlar axtarır. Səudiyyə Ərəbistanı klubları və MLS təmsilçiləri Poqbaya maraq göstərirlər.

Xatırladaq ki, ötən ilin avqustunda futbolçunun dopinq testdən keçə bilməmişdi. Fevralın 29-da antidopinq məhkəməsi onun 4 il futboldan uzaqlaşdırılması qərarını təsdiqləmişdi. Poqba bu qərardan apellyasiya vermişdi.

Oktybarın 4-də isə CAS 31 yaşlı yarımmüdafiəçinin cəzasını 4 ildən 1,5 ilə azaltmışdı.

Bənzər xəbərlər