featured-image-52942

Portuqaliya millisinin futbolçusu Joau Feliks karyerasını yenidən “Çelsi”də davam etdirəcək.

Msport.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

İngiltərə təmsilçisi hücumçunun transferi üçün İspaniyanın “Atletiko” klubu ilə razılığa gəlib.

Onunla 6 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, J.Feliks ötən mövsüm “Barselona”da icarə əsasında meydana çıxdığı 44 matçda 10 qol vurub, 6 məhsuldar ötürmə edib. Forvard daha əvvəl 2023-cü ildə icarə əsasında “Çelsi”də çıxış edib.

Bənzər xəbərlər