Portuqaliya millisində baş məşqçi ilə yollar ayrıldı
Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernando Santos istefaya göndərilib.
Msport.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Santos 2014-cü ildən Portuqaliya yığmasına rəhbərlik edirdi. Komanda bu mütəxəssisin rəhbərliyi altında AÇ-2016-nın və 2019-cu ildə Millətlər Liqasının qalibi olub. Hazırda Qətərdə keçirilən DÇ-2022-də isə portuqaliyalılar 1/4 finalda Mərakeş millisinə uduzaraq mübarizəni dayandırıblar. Santos bu komandanı meydana çıxardığı 109 oyunda 67 qələbə sevinci yaşayıb, 23 heç-heçəyə nail olub, 19 görüşdə isə məğlubiyyətə üzülüb.







