featured-image-20180

Roberto Martines Portuqaliya millisinin yeni baş məşqçisi olub.

Msport.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının tvitter hesabında məlumat verilib.

49 yaşlı mütəxəssis bu postda Fernandu Santuşu əvəzləyib.

Martines Belçika yığması DÇ-2022-də qrupda qaldıqdan sonra istefa vermişdi. O, Belçika yığmasını 2016-cı ilin avqustundan çalışdırırdı.
İspaniyalı məşqçi buna qədər “Suonsi”, “Uiqan” və “Everton” kimi klublarda işləyib.

Bənzər xəbərlər