featured-image-67675

“Yuventus” Joao Mario Netonu transfer edib.

Msport.az xəbər verir ki, Turin klubu “Porto”nun müdafiəçisinin keçidini rəsmən elan edib.

Tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıblar. Transferin məbləği 11,4 milyon avro təşkil edir və bu məbləğ 4 il ərzində tam ödəniləcək. Bundan əlavə, “Yuve” 1,2 milyon avro əlavə xərc də çəkib.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü ötən mövsüm ölkə çempionatında 27 oyun keçirib, 7 assistlə yadda qalıb.

Bənzər xəbərlər