featured-image-20318

Portuqaliya millisinin və İspaniyanın “Atletiko” klubunun futbolçusu Joao Feliks İngiltərə təmsilçisi “Çelsi”yə keçib.

Msport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb. “Zadəganlar” 6 aylıq icarə haqqı olaraq qarşı tərəfə 9 milyon avro ödəyib. Sözləşmədə oyunçunun birdəfəlik satınalma variantı nəzərdə tutulmayıb.

Xatırladaq ki, Joao Feliksin “Atletiko” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər