Portuqaliya millisinin üzvü “Əl Hilal”la müqavilə bağladı
Ruben Neveş “Vuverhempton” klubundan “Əl Hilal”a keçib. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisində tibbi müayinədən keçib və 3 illlik müqaviləyə imza atıb.
“Vulverhempton” bu keçidə görə, 55 milyon avro qazanacaq. Bu həftə transferin rəsmən açıqlanması gözlənilir.
Neveş İngiltərə komandasına 2017-ci ildə “Portu”dan keçib. O, ötən mövsüm Premyer Liqada 35 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə verib.







