Portuqaliya millisinin üzvü “Yuventus”da
Yuventus” növbəti transferini rəsmiləşdirib.
Msport.az xəbər verir ki, bu barədə Turin klubunun saytı məlumat yayıb.
“Qoca sinyora” Portuqaliya yığmasının üzvü Fransisko Konseysaonu “Portu”dan icarəyə götürüb. 21 yaşlı hücumçu qarşıdakı 1 ili İtaliya təmsilçisində keçirəcək.
Qeyd edək ki, Konseysao ötən mövsüm 43 oyunda 8 qola imza atıb.