featured-image-30119

Portuqaliyanın 3 nəhəng klubu – “Portu”, “Benfika” və “Sportinq” vergidən yayınmaqda ittiham olunurlar. Msport.az xəbər verir ki, vergi müfəttişləri komandaların ofisində və stadionlarında axtarış aparıblar.

Klublar 2014-2022-ci illərdə vergidən küli miqdarda yayınmaqda və çirkli pulların yuyulmasında günahlandırılır. Dəymiş ziyan 58 milyon avro qiymətləndirilir.

Mənbənin sözlərinə görə, əməliyyatda hüquq-mühafizə orqanlarının 250, vergilər və gömrük təşkilatlarının isə 122 əməkdaşı iştirak edib.

“Portu”nun prezidenti Jorje Pintu da Koştanın oğlu – futbol meneceri Aleşandre Pintu da Koştanın da evində axtarış aparılıb. Əməliyyata “oyundan kənar” adı verilib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər