featured-image-45632

İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Msport.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, “topçular” icarə əsasında “Barselona”da çıxış edən və müqavilə ilə “Mançester Siti”yə məxsus olan Joao Kanselonu heyətinə qatmaq istəyir.

London təmsilçisi yayda portuqaliyalı oyunçunu almağa çalışacaq.

Qeyd edək ki, Kanselo cari mövsüm bütün turnirlərdə 32 matçda iştirak edib, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər